REGİONLAR


Baharın gəlişi Bərdədə böyük sevinclə qeyd olunur

Bərdə, 18 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Baharın gəlişi qədim Nüşabə yurdu olan Bərdədə böyük sevinc hissi ilə qeyd olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə şəhərindəki Heydər Əliyev adına park-bulvarda keçirilən ümumrayon tədbirində minlərlə sakin iştirak edib. Tədbir iştirakçıları rayonun ümumtəhsil və musiqi məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin kollektivlərinin hazırladıqları sərgilərlə tanış olub, gənc idmançıların idman proqramlarına, pəhləvanların və kəndirbazların nümunəvi çıxışlarına tamaşa ediblər. Bayram tədbirində məktəblilərin ifasında bədii kompozisiyalar, həmçinin milli məişət və mətbəximizlə bağlı səhnələr təqdim olunub.

Bayram tonqalı qalanıb, Novruz adətləri, xalq tətbiqi sənəti nümunələri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib. Çıxış edənlər bərdəliləri bayram münasibətilə təbrik edib, onlara xoşbəxtlik və süfrələrinə bol ruzi-bərəkət arzulayıblar.

Kosa və Keçəlin zarafatları, müxtəlif səhnəciklər və rəngarəng konsert proqramı tədbir iştirakçılarına yüksək əhvali-ruhiyyə bəxş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.