REGİONLAR


Baharın gəlişi Qəbələdə bayram əhvali-ruhiyyəsi ilə qeyd olunub

Qəbələ, 19 mart, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələlilər baharın gəlişini böyük sevinc və bayram əhval-ruhiyyəsi ilə qarşılayırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz bayramı münasibətilə Qəbələ şəhərində keçirilən ümumrayon şənliyinin əvvəlində ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud və yazın müjdəçisi olan Bahar qızı qəbələliləri təbrik edərək xalqımıza bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıblar. Qədim ənənələrimizin canlandırıldığı teatrlaşdırılmış Novruz şənliyində Dədə Qorqud bayram tonqalını yandırmaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət edib.

Bayram münasibətilə təşkil olunan sərgidə rayonun xalq sənətkarları tərəfindən hazırlanan əl işləri, dekorativ tətbiqi-sənət nümunələri, rəsm əsərləri, eləcə də bayram şirniyyatları və Novruz xonçaları nümayiş olunub. Çoxəsrlik etnoqrafik milli-mənəvi mədəniyyət irsini, qədim milli adət-ənənələrimizi özündə əks etdirən folklor qruplarının çıxışları, milli musiqi nömrələri tədbir iştirakçılarının ürəyincə olub. Yeniyetmə və gənc idmançılar müxtəlif idman növləri üzrə məharətlərini nümayiş etdiriblər.

Novruz atributları ilə bəzədilən parkda keçirilən bayram tədbiri rayonun mədəniyyət işçilərinin hazırladıqları maraqlı konsert proqramı ilə davam edib. Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları tamaşaçılarda xoş ovqat yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.