DÜNYA
“Baharın on yeddi anı”nın Mülleri – SSRİ xalq artisti Leonid Bronevoy vəfat etdi VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Rusiyanın teatr və kino aktyoru Leonid Sergeyeviç Bronevoy ağır xəstəlikdən sonra Moskvada 88 yaşında vəfat edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, görkəmli aktyorun ölümü barədə məlumatı “Lenkom” Moskva teatrının direktoru Mark Varşaver verib.
Kinoya bir qədər gec - 36 yaşında gələn Leonid Bronevoy 40 filmdə çəkilib. Ona əsl şöhrəti kinodakı üç rolu: “Baharın on yeddi anı”nda Müller, “Məhəbbət formulu”unda həkim, “Pokrov qapıları”nda Velyurov obrazları qazandırıb.
Aktyor 2012-ci ildə infarkt keçirməsinə baxmayaraq, yenidən səhnəsində 1980-ci illərdən çıxış etdiyi “Lenkom” teatrına qayıtmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]
Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər
- 24.04.2024 [11:27]