“Bakcell INQUTU” vasitəsilə ünsiyyət daha rahat olacaq
AzerTAg.az
Bakı, 17 sentyabr (AZƏRTAC). Azərbaycanın mobil operatoru “Bakcell” yeni xidmət növünü istifadəyə verib. “Bakcell INQUTU” xidməti abonentə bütün onlayn ünsiyyət kanallarını, həmçinin təqvim və müxtəlif mənbələrdən olan əlaqələrini bir yerdə saxlamağa imkan verən vahid intuitiv interfeysdir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Digital Innovation Technology Systems” şirkəti ilə birlikdə hazırlanan bu xidmət elektron məktubların göndərilməsinə və qəbul edilməsinə, “Facebook”, “Twitter” və “LinkedIn” kimi sosial şəbəkələrdən istifadə olunmasına, müxtəlif fayllarla işləməyə, yeni əlaqələr yaratmağa və onları sinxronlaşdırmağa və digər əməliyyatları həyata keçirməyə imkan verir.
Bu xidmətdən istifadə etmək üçün “F” hərfi yazıb 6655 qısa nömrəsinə göndərmək lazımdır. Bundan sonra, SMS vasitəsilə şifrə alınır və xidmətdən istifadə etmək imkanı yaranır. Yeni xidmətlə tanışlıq üçün ilk 30 gün müddətində “Bakcell” abonentləri ondan pulsuz yararlana biləcəklər. Sınaq müddəti bitdikdən sonra isə abunə haqqı gündəlik 6 qəpik təşkil edəcək.
“Bakcell INQUTU” internet brauzeri olan istənilən mobil cihazda işləyir və bunun üçün əlavə proqram təminatı yükləməyə ehtiyac yoxdur.
Xəbərin mətnində orfoqrafik səhv var