İQTİSADİYYAT
“Bakcell” planşet və USB modemlər üçün limitsiz internet paketləri təqdim edib
Bakı, 14 oktyabr, AZƏRTAC
“Bakcell” şirkəti yeni “Real Limitsiz” internet paketlərini təqdim edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 1 Mbit/s və ya 2 Mbit/s sürətlə limitsiz internet trafikinə malik yeni internet paketləri planşet və USB modem istifadəçilərinin yüksək tələblərinə tam cavab verir.
Planşet istifadəçiləri 1 Mbit/s sürətlə yeni limitsiz internet paketlərini gələcəkdə başqa internet paketlərinə keçmək imkanı ilə ayda cəmi 12 AZN ödəyərək əldə edə bilərlər. USB modemi və ya planşet üçün yeni SİM karta ehtiyac olduğu halda, abunəçi sadəcə “Bakcell” şirkətinin Xidmət Mərkəzinə və ya diler mağazasına gələrək 1 Mbit/s sürətlə “Real Limitsiz” internet paketini alıb SİM kartı pulsuz əldə edə bilər.
Planşet, noutbuk və masaüstü kompüter istifadəçiləri üçün ayda 20 AZN-ə 2 Mbit/s sürətlə digər “Əsl Limitsiz” internet paketi də nəzərdə tutulub. Bu paketlərdən əlavə olaraq, “Bakcell” abunəçiləri cəmi 35 AZN-ə USB modem, SİM kart və 1 Mbit/s sürətlə “Real Limitsiz” internet paketinə 1 aylıq abunəni daxil edən sərfəli paketdən də faydalana bilərlər.
İstifadəçilər qiyməti 12 AZN-ə olan 1 Mbit/s sürətlə “Real Limitsiz” internet paketini *134*111#YES kodunu yığmaqla aktivləşdirə bilərlər. Qiyməti 20 AZN-ə olan 2 Mbit/s sürətlə “Real Limitsiz” internet paketini almaq üçün isə “Bakcell” abunəçiləri *134*222#YES kodunu yığmalıdırlar.