İQTİSADİYYAT
“Bakcell” rouminq qiymətlərini endirir
“Bakcell” şirkəti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edən abunəçiləri üçün Azərbaycanda ilk dəfə olaraq böyük endirim kampaniyasına start verib. Noyabrın 1-dən etibarən bu ölkədə səfərdə olan abunəçilər rouminqdə səs və internet xidmətlərindən çox sərfəli qiymətə faydalana biləcəklər.
Şirkətdən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, kampaniyaya qoşulan abunəçilər bir meqabayt internet üçün cəmi 25 qəpik ödəyəcəklər. Kampaniya çərçivəsində internetlə yanaşı, zənglərə böyük endirim tətbiq edilib. CİN və Klass abunəçiləri üçün daxil olan zənglərin dəqiqəsi 25 qəpik, çıxan zənglərin dəqiqəsi isə 75 qəpik təşkil edəcək. Gündəlik xidmət haqqı 35 qəpikdir. Kampaniyaya qoşulmaq üçün *130#YES kodunu yığmaq kifayətdir.
Hazırda şirkətin 166 ölkənin 370-dən çox mobil operatoru ilə rouminq müqaviləsi mövcuddur və onların sayı artmaqdadır.