İQTİSADİYYAT


“Bakcell” şirkəti ADA Universitetinin təşkil etdiyi 6-cı Karyera Sərgisində iştirak edib

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” ADA Universitetinin təşkil etdiyi VI Karyera Sərgisində iştirak edib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, hər il ənənəvi olaraq keçirilən bu tədbirin məqsədi Azərbaycanın gənc istedadlı tələbələrini və müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələrini bir araya gətirərək, onlar arasında əlaqə yaratmaq və gənc kadrları potensial işəgötürənlərə daha yaxın etməkdir. Sərgidə ölkənin ən nüfuzlu şirkət və müəssisələri təmsil olunub və onlar ADA Universitetinin tələbə və məzunlarını müxtəlif karyera və təcrübə imkanları ilə tanış ediblər.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan “Bakcell” şirkəti Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləri sırasında gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verməkdədir. ADA-nın təşkil etdiyi VI Karyera Sərgisində universitetin tələbə və məzunlarına “Bakcell” şirkətinin satış və marketinq departamentlərində mövcud vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Həmçinin gənclər “Bakcell” şirkətinin öz müştərilərinə və xidmətlərinə innovativ yanaşma üsulları barədə geniş məlumatla tanış olublar. Karyera sərgisindəki “Bakcell” stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Bakcell” şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də yerli gənc istedadlara təhsil və karyera qurmaqda dəstək göstərmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.