İQTİSADİYYAT
“Bakcell” şirkəti “Ulduzum” proqramının fəal istifadəçilərini mükafatlandırıb
Bakı, 26 avqust (AZƏRTAC). “Bakcell” şirkəti “Ulduzum” proqramına qoşulan 500 mininci abonentini və bu proqramın 10 fəal istifadəçisini mükafatlandırıb. Proqramın 500 mininci abonentinə İngiltərənin Mançester şəhərində futbol matçını izləmək üçün 2 nəfərlik səyahət paketi hədiyyə edilib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Ulduzum” proqramına üzv olmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq yetərlidir.
Hazırda 120-dən çox tərəfdaşı olan bu proqramın siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.
Bu barədə www.ulduzum.az saytında daha ətraflı məlumat yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]