İDMAN


“Bakcell” virtual futbol çempionatının qalibini ABŞ-a göndərir

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycanın mobil operatoru “Bakcell” şirkəti tərəfindən “Futbol Bakcell ilə” layihəsi çərçivəsində təşkil olunan virtual futbol çempionatının final oyunları keçirilib və qaliblər müəyyən olunub. Birinci yerə Hacı Mirzəməmmədov, ikinci yerə Talıb Rzayev layiq görülüb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, 2015-ci ilin fevralında başlayan və Azərbaycanın 8 şəhərində 9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilən bu çempionat bu günədək respublika üzrə gənclərin iştirakı ilə keçirilən ən iri tədbirlərdən biri hesab olunur. Yeddi min nəfərə yaxın məktəblini əhatə edən bu layihənin əsas məqsədi gənclərin boş vaxtlarını daha səmərəli keçirməsi və sağlam idman rəqabətinin təşviq olunmasıdır.

Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Qəbələ, Şəki və Zaqatala şəhərlərinin hər biri üzrə qaliblərin müəyyən olunması üçün hər şəhərdə 130-dan çox oyun keçirilib. Seçimdən müvəffəqiyyətlə keçən uşaqlar arasında şənbə və bazar günləri ümumilikdə 1024 oyun təşkil olunub.

Aprelin 26-da Bakıdakı H.Cavid parkı, N.Nərimanov parkı, Səməd Vurğun bağı və Sahil bağında qurulan səyyar oyun zonalarında final oyunlar və əyləncə tədbirləri təşkil edilib. Oyunların öncədən elan olunmuş marşrut üzrə hərəkət edən və xüsusi avadanlıqla təchiz olunan avtomobil üzərində keçirilməsi və çempionatın şou şəklində təşkil olunması şəhər sakinlərində bu tədbirə xüsusi maraq oyadıb. Çempionatda birinci yeri qazanan iştirakçı ABŞ-a səfər edərək orada “Mançester Yunayted”in oyununu izləyəcək və səfər zamanı oyunçularla virtual futbol oynamaq imkanı əldə edəcək. Yarımfinalçılar “Alov” smartfonları və digər müxtəlif dəyərli hədiyyələrlə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.