İQTİSADİYYAT
“Bakcell” yeni satış və xidmət mərkəzi açıb
Bakı, 28 iyul, AZƏRTAC
“Bakcell” şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirir. Şirkət Bakıda, H.Z.Tağıyev küçəsi, 19 ünvanında yeni konsept və dizaynda olan satış və xidmət mərkəzini açıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, yeni açılan mərkəz “Bakcell” abunəçilərinə geniş çeşiddə xidmətlər təqdim edir. Mərkəzdə abunəçilər həm “Bakcell”in xidmət və məhsulları haqqında məlumat əldə edəcək, həm də bir çox mobil texnoloji yeniliklərlə tanış olaraq müxtəlif mobil cihazları sınaqdan keçirə biləcəklər.
Hazırda “Bakcell”in paytaxt və bölgələrdə 30 xidmət mərkəzi öz abunəçilərinə müştəri xidməti göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]