İQTİSADİYYAT


“BakıKart” sisteminə keçid edən avtobusların sayı artır

“BakıKart” sisteminə keçid edən avtobusların sayı artır

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 10-dan 179 nömrəli marşrut xətti (Pirşağı qəsəbəsi - Azadlıq prospekti metro stansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Binəqədi rayonu, A.Hüseynov küçəsi, Rəsulzadə qəsəbəsi; Azadlıq prospekti 104, 2-ci Mədən; Abşeron rayonu, “28 May” küçəsi 269A, Mehdiabad qəsəbəsi; Cəfər Cabbarlı küçəsi 5, Mehdiabad qəsəbəsi; Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızılqum; Əjdər Məlikov küçəsi, Pirşağı qəsəbəsi; Sovxoz 2, Cəfərəliyev küçəsi, Pirşağı qəsəbəsindəki ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.