İQTİSADİYYAT


“BakıKart”a gediş haqqının onlayn yüklənməsi ilin birinci rübündə mümkün ola bilər

Bakı, 23 yanvar, Elvin Camalov, AZƏRTAC

“BakıKart”a gediş haqqının onlayn yüklənməsi sisteminin cari ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, “BakıKart” aparatlarından istifadə ilə bağlı sərnişinlərdən çoxlu sayda müraciət daxil olur. Müraciətlərin əksəriyyəti ödəmə terminallarının fəaliyyəti ilə bağlıdır. Bunun qarşısını almaq üçün “BakıKart”a gediş haqqının onlayn yüklənməsi sistemi yaradılır. Yeni sistemin bu ilin ilk rübündə istifadəyə verilməsi planlaşdırılıb. Lakin texniki problemlər yaransa bu xidmət ilin birinci yarısında da istifadəyə verilə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.