MƏDƏNİYYƏT


“Bakı-2015” Avropa Oyunları: Azərbaycan-Avropa münasibətlərinin təbliği” adlı kitabın təqdimatı olub

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də Azərbaycan Turizm və Menecment Universitetində “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin “Bakı-2015” Avropa Oyunları: Azərbaycan-Avropa münasibətlərinin təbliği” layihəsi çərçivəsində nəşr edilmiş eyniadlı kitabın təqdimatı olub.

İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən qurumun sədri, dosent Məmmədəli Babaşlı Azərbaycanda idmanın hərtərəfli inkişaf etdirilməsindən söhbət açıb. O bildirib ki, layihənin məqsədi Azərbaycan maddi-mədəni irsinin yerli və beynəlxalq idman ictimaiyyətinə tanıdılması, Dağlıq Qarabağ həqiqətlərinin idman ictimaiyyətinə çatdırılması, iştirakçı ölkələrlə Azərbaycan arasındakı siyasi-iqtisadi, sosial-mədəni və strateji münasibətlərin təbliğ edilməsi, beynəlxalq idman tədbiri münasibəti ilə ölkəyə gələn qonaqların məlumatlandırılmasıdır.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun baş məsləhətçisi Ramil Məmmədov “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində ictimai birliyin layihəsini yüksək qiymətləndirib.

Sonda tədbir iştirakçılarına “Bakı-2015” Avropa Oyunları: Azərbaycan-Avropa münasibətlərinin təbliği” kitabı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.