İQTİSADİYYAT


“Bakı 2015” Avropa Oyunlarında bir sıra texnoloji yeniliklər tətbiq olunacaq

Bakı, 16 dekabr, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı 2015” Avropa Oyunlarında bir sıra texnoloji yeniliklərin tətbiq edilməsinə dəstək göstərir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Bakı 2015” Avropa Oyunları infrastruktur və proqram təminatı üçün “Cloud” modelli texnologiyadan istifadə edən ilk çoxşaxəli idman tədbiridir. “Bakı 2015”-in bütün məkanlarını birləşdirəcək yeni fiber-optik şəbəkə Azərbaycan xalqının uzun müddət faydalanacağı əsas yeniliklərdən biridir.

İlk Avropa Oyunlarını gerçəkləşdirmək üçün məkandaxili 1000 kilometrdən çox kabel çəkilişini təmin etməklə yanaşı, əlaqə yaratmaq məqsədilə 600 kilometrdən çox fiber-optik şəbəkədən istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.