İDMAN


“Bakı-2015” ilk Avropa Oyunlarının birinci “Şanslı qalibi” müəyyənləşib VİDEO

“Bakı-2015” ilk Avropa Oyunlarının birinci “Şanslı qalibi” müəyyənləşib   VİDEO

Bakı, 1 may, AZƏRTAC

“Bakı-2015” və rəsmi tərəfdaşı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Ofeliya Abdullayevanın Avropa Oyunlarının ilk “Şanslı qalibi” olduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bilet nömrəsi püşkatma ilə seçilən Ofeliya Abdullayeva “Azərbaycan Hava Yolları” tərəfindən Nyu-York şəhərinə “biznes klass” sinfində gediş-gəliş üçün iki nəfərlik uçuş bileti və 1500 manat məbləğində xərclik qazanıb.

Onlayn bilet alan yerli tamaşaçılar “Bakı-2015”in “Şanslı qalib” kampaniyası çərçivəsində rəsmi tərəfdaşların təqdim etdikləri xüsusi hədiyyələr qazanırlar. Növbəti qaliblər “P&G”dən illik məhsul tədarükü, “Nar Mobile”dan ömürlük danışıq paketi və “Tissot”un xüsusi hazırladığı kişi və qadın saatlarını əldə edəcəklər. Bütün mükafatlara “Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki yerlik bilet də daxildir.

Şanslı qalib Ofeliya Abdullayeva sevincini bölüşərək deyib: “Şanslı qalib hədiyyəsini qazanmaq həyata keçmiş arzu deməkdir. Nyu-Yorka səyahət etmək imkanı insana həyatda bir dəfə verilən şans kimidir. Lakin bundan öncə birinci Avropa Oyunları və mərasimləri bizi gözləyir. Mən, “Azərbaycan Hava Yolları”na və “Bakı-2015”ə təşəkkürümü bildirirəm”.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov bildirib ki, “Azərbaycan Hava Yolları” birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaq və açılış mərasimindən də əvvəl öz rolunu oynamaq istəyir. Biz, qalibin Nyu-York şəhərinə səyahətindən və “Bakı-2015” mərasimlərində iştirakından məmnunuq. Əminik ki, belə tədbirlər Azərbaycan üçün bu tarixi anın əhəmiyyətini daha da artıracaq.

“Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Şanslı qalib” kampaniyasının ilk nəticəsi barədə bunları deyib: “Mən, Ofeliya Abdullayevanı ilk Avropa Oyunlarının ilk şanslı qalibi olması münasibətilə təbrik edirəm. Bu təbliğat “Bakı-2015” möcüzəsini Oyunlar başlamazdan əvvəl tamaşaçılara çatdırır və biz, “Azərbaycan Hava Yolları”na bu ilk tədbirə ictimaiyyətin cəlb olunması üçün göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.