İDMAN


“Bakı-2017”: Banqladeş 10 metrdən pnevmatik tüfənglə atəşaçma üzrə qarışıq komanda yarışının qalibi olub

Bakı, 14 may, Məhərrəm Əlioğlu, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında 10 metrdən pnevmatik tüfənglə atəşaçma üzrə qarışıq komanda yarışının qalibi Banqladeş komandası olub.

AZƏRTAC xəbər verir ki, birincilik uğrunda İran komandası ilə mübarizə aparan Banqladeş millisi 21,5 xalla çempion adını qazanıb. İran yığması ikinci, Türkiyə millisi isə üçüncü yeri tutub.

Yarışlarda Azərbaycanı təmsil edən Əli Məcidli və Jalə Bayramova təsnifat mərhələsində mübarizəni dayandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.