İDMAN
“Bakı-2017”: II gün
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə Azərbaycan idmançıları 28 medal qazanıblar. Bu medallardan 14-ü qızıl, 8-i gümüş, 6-sı isə qızıldır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığma komandası yarışın ikinci günündə də medal siyahısına başçılıq edir. Hazırda milli komandamızın aktivində 50 medal - 24 qızıl, 17 gümüş və 9 bürünc var.
Azərbaycanın ən yaxın izləyicisi Türkiyə milli komandası 59 medalla ikinci sıradadır. Bu medallardan 20-sı qızıl, 24-ü gümüş, 15-i bürüncdür.
İlk beşliyi Özbəkistan (21 medal, 5-4-12), İndoneziya (23 medal, 4-10-9) və İran (17 medal, 4-5-8) tamamlayır.
Ümumilikdə iki gün ərzində 17 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]