İDMAN


“Bakı-2017”: Kamerun millisi Mərakeş yığması ilə qarşılaşır

Bakı, 11 may, Toğrul Nuruşzadə, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının “A” qrupu çərçivəsində növbəti oyun keçirilir.

AZƏRTAC xəbər verir ki, “Bayıl Arena”da Kamerun və Mərakeş milli komandaları qarşılaşır.

Kamerun millisinin start heyətində Mouegni Bagnak, Etta Tomas Bavak, Pierre Kunde Malonq, Mişel Vaillant Mbiobe Mouegni, Frantz Pangop Tçidji, Andoulo Serge, Alan Paul Otia, Jin Nikols Koa Abanda, Simon Loti Omossolo Medjo, Erik Bertrand Alima Atanqana və Serges İvan Ekollo Malolo yer alıblar.

Mərakeş yığmasının ilk onbirliyində meydana El Huasli Yassine, Moufi Fahd, Dari Axraf, Alayud Zakira, Sabar Valid, Kamal Mohamed, Elmorabit Mohamed, El Hodduni Aymane, Mahyu Yassine, Attiyat -Allay Yahya , Benlamaçi Zakira çıxıblar.

Oyunu azərbaycanlı hakimlər briqadası idarə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.