ELM VƏ TƏHSİL


“Bakı-2017”nin ölkəmizdə keçirilməsi İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfədir

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Azərbaycan Dillər Universitetində (ADU) “Universitetin qonağı” layihəsi çərçivəsində Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradovla görüş təşkil olunub.

AZƏRTAC xəbər verir ki, ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamını xatırladıb. O, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin ölkəmizdə İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfə, tolerant cəmiyyətin formalaşması sahəsində növbəti uğurlu addım olduğunu deyib. Ə.Abdullayev ölkəmizdə fəaliyyət göstərən məscidlərin yenidən bərpa olunaraq istifadəyə verilməsini İslam dəyərlərinə yüksək qiymətin göstəricisi olduğunu, universitetin mindən çox tələbəsinin könüllü olaraq IV İslam Həmrəyliyi Oyunlarında iştirak etdiyini bildirib.

Sonra IV İslam Həmrəyliyi Oyunları ilə bağlı videoçarx göstərilib.

F.Muradov Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında və gələcək nəsillərin maarifləndirilməsində gənclərin əvəzsiz rolundan söz açıb. O, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərin ölkənin dünya ictimaiyyətində təbliğində rolunu xüsusi vurğulayıb. F.Muradov İslam dininin sülh dini olduğunu, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycan xalqının əmin-amanlıq və sabitlik tərəfdarı olduğunu dünyaya sübut etdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonda qonaq tələbələrin suallarını cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.