Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

“Bakı 2018” cüdo üzrə dünya çempionatı: Daha bir mötəbər yarışa uğurlu ev sahibliyi

“Bakı 2018” cüdo üzrə dünya çempionatı: Daha bir mötəbər yarışa uğurlu ev sahibliyi

Bakı, 5 oktyabr, AZƏRTAC 

Azərbaycan bədii gimnastika, güləş və boksdan sonra sentyabrın 20-27-də daha bir idman növü – cüdo üzrə XXXII dünya çempionatına da yüksək səviyyədə ev sahibliyi etdi. Mundialda 124 ölkədən 755 idmançı mübarizə apardı.

Prezidentlərin canlı izlədiyi mundial

Milli Gimnastika Arenasında təşkil edilən çempionat bir çox məqamlarla zəngin oldu. Özü də bu, yalnız idman mübarizəsi ilə məhdudlaşmır. Mundialın əhəmiyyətini artıran, Azərbaycanın təbliğinə, dünyadakı nüfuzunun möhkəmlənməsinə töhfə verən bir sıra başqa amillər də var.

Cüdo üzrə XXXII dünya çempionatı təntənəli açılış mərasimi ilə yadda qaldı. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti (ACF) və IJF İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev, dövlət və hökumət rəsmiləri iştirak ediblər. İtaliyalı məşhur müğənni Al Bano maraqlı konsert proqramı ilə açılış mərasiminə xüsusi rəng qatdı.

Yarışları daha iki ölkənin dövlət başçıları - Rusiya Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, cüdo və digər idman növləri üzrə beynəlxalq və milli assosiasiyaların rəhbər şəxsləri izlədilər.

Titullu idmançıları Bakıya gətirən səbəb

Bakıdakı dünya çempionatını ötən il Macarıstanın paytaxtı Budapeştdə təşkil edilmiş mundialdan fərqləndirən əsas məqamlardan biri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verməsi idi. Çempionlar 2000, vitse-çempionlar 1400, bürünc mükafatçılar hərəyə 1000 xal qazandılar. Bundan başqa, beşinci yerin sahibləri 720, yeddinci yeri tutanlar 520, səkkizdəbir finalda uduzanlar 320, mübarizəni onaltıdabir finalda dayandıranlar 240 xalla mükafatlandırıldılar. Həmçinin bir görüşdə qalib gələnlər 200, ilk oyunda məğlub olanlar 20 xal əldə etdilər.

Bu səbəbdən Yaponiya, Koreya Respublikası, Braziliya, Fransa və Rusiya kimi əsas cüdo ölkələri Bakıya aparıcı idmançılarını gətirmişdilər. Təsadüfi deyil ki, iştirakçılar arasında Olimpiya, dünya və Avropa çempionları da yer almışdılar. Məsələn, Yaponiya yığması ötən il Macarıstanda dünya çempionu olan 11 idmançısını da Bakıya gətirmişdi.

Xəzərin sahilində “yapon fırtınası”

Azərbaycan millisi çempionatda fərdi yarışları 11-ci pillədə başa vurdu. Komandamızın üzvlərindən Uşangi Kokauri (100 kq-dan yuxarı) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medala sahib oldular. Bundan başqa, Kəramət Hüseynov (60 kq) beşinci, İrina Kindzerska (78 kq-dan yuxarı) yeddinci yeri tutdular. Kişilərdən ibarət Azərbaycan yığması 6-cı, qadın komandamız isə 24-cü yerdə qərarlaşdı.

Bakıdakı dünya çempionatında 124 ölkədən cəmi 22-si medal qazana bildi. Fərdi çıxışlarda 14 qızıl medaldan yarısı Yaponiyanın pasına düşdü. Cüdonun yaradıcıları qadınların yarışında 5, kişilərin mübarizəsində 2 qızıl medala yiyələndilər. Ümumilikdə 56 medalın 16-sı (7 qızıl, 5 gümüş və 4 bürünc) “Gündoğar ölkə”nin aktivinə yazıldı. Bakıya tam heyətlə - 18 cüdoçu ilə gələn Yaponiya yığmasının üzvlərindən yalnız 2-si medalsız qaldı. Qadın cüdoçuların hamısı medal (5 qızıl, 3 gümüş, 1 bürünc) qazandılar. Kişilərdən isə 2-si qızıl, 2-si gümüş, 3-ü bürünc medal əldə etdilər.

Qalan qızıl medallardan ikisinə Koreya Respublikası, digərlərinə isə hərəyə bir medal olmaqla Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniya idmançılarına nəsib oldu.

Fərdi mübarizədə bütün ölkələrdən üstün olan Yaponiya yığması qarışıq komanda yarışında da qızıl medal qazandı. “Gündoğar ölkə” təmsilçisi finalda Fransaya qalib gəldi - 4:1. Rusiya və Birləşmiş Koreya komandaları bürünc medal əldə etdilər. Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Rusiya yığmasına eyni hesabla məğlub olaraq 5-ci yerdə qərarlaşdı.

Ən gənc medalçı, eyni gündə mükafat qazanan bacı-qardaş

Mundial bir sıra rekordlar və maraqlı hadisələrlə də tarixə düşdü. Məsələn, ilk yarış günündə ukraynalı Darya Beloded (48 kq) 17 yaş 11 ay 10 günlüyündə dünya çempionu oldu. Beloded böyüklər arasında bu adı qazanan ən gənc cüdoçudur. Dünya çempionu olan növbəti qadın cüdoçu Uta Abe isə 18 yaş 2 ay 7 günlüyündə bu ada sahib oldu.

Altmış altı kiloqram çəki dərəcəsində yarışan yaponiyalı Hifumi Abe ardıcıl ikinci dəfə dünya çempionu adını qazandı. Onun bacısı Uta Abe (52 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bununla da Bakıda tarixi hadisə gerçəkləşdi. İndiyədək eyni gündə və eyni şəhərdə bacı və qardaşın dünya çempionu olması faktına rast gəlinməmişdi.

Türkiyə milli komandası Bakıda keçirilən dünya çempionatında 17 illik fasilədən sonra ilk medallarını qazandı. Kişilərin yarışında Vedat Albayrak (81 kq), qadınların mübarizəsində isə Kayra Sayit (+78 kq) bürünc medallara sahib oldular.

Bakıdakı dünya çempionatında əslən azərbaycanlı Səid Mollayi İran yığmasının heyətində 81 kiloqram çəki dərəcəsində dünya çempionu adını qazandı.

İspaniya isə dünya çempionatları tarixində ilk qızıl medalını aktivinə yazdırdı. Həmin medalı əslən gürcüstanlı Nikoloz Şerazadişvili 90 kiloqram çəki dərəcəsində əldə etdi.

Bakıda ilk dəfə olaraq Koreya Birləşmiş komandası medalçılar sırasına düşməyi bacardı. Bunadək “Pxençxan-2018” Qış Olimpiya Oyunlarında bəzi idman yarışlarında vahid komanda şəklində iştirak edən Cənubi və Şimali Koreya idmançıları ilk dəfə Azərbaycanda fəxri kürsüyə yüksəldilər. Onlar qarışıq komanda yarışında bürünc medal əldə ediblər.

Odlar yurdu - cüdo diyarı

Bakıdakı dünya çempionatı Azərbaycanın təbliği baxımından gözəl fürsət oldu. Mundialı rekord sayda - 190-dan çox ölkədən izləmək mümkün idi. Yayımçılar arasında CNN, Euronews, BBC kimi nəhəng telekanallar da var idi. Ümumilikdə 86 ölkə telekanalları vasitəsilə çempionatı birbaşa nümayiş etdirirdi.

Yarış ərəfəsində IJF-nin rəsmi saytında Azərbaycanla bağlı tanıtım xarakterli reportaj və məqalələr yerləşdirilmişdi. Təqdimat videoçarxında Azərbaycan böyük enerji resurslarına və zəngin mədəniyyətə malik olmaqla yanaşı, Odlar yurdu, cüdo diyarı kimi təqdim edilmişdi.

Təqdimat videosu üçün çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Bakıda və Sumqayıtda aparılıb. Reportajda Olimpiya çempionları Nazim Hüseynovun və Elnur Məmmədlinin, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin və yeniyetmələr arasında Avropa çempionu Şahanə Hacıyevanın fikirlərinə yer verilib.

Videoçarxlarda Bakının tarixi keçmişi, onun XII-XV əsrlərə aid memarlıq mirası ilə müasir futuristik memarlığı arasında paralellər aparılıb, Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakının yeni rəmzləri olan digər göydələnlər müasir memarlıq nümunələri kimi təqdim olunub. Bundan başqa, Bakının mötəbər beynəlxalq turnirləri yüksək səviyyədə təşkil etməkdə uğurlu təcrübəsi, ölkəmizin 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə, 2015-ci ildə ilk Avropa Oyunlarına, son üç ildə Formula 1 Qran-prilərinə ev sahibliyi etməsi, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin qruplarından birinin oyunlarının və dörddəbir final qarşılaşmalarından birinin Bakıda keçiriləcəyi vurğulanıb.

“Şöhrət zalı”na daxil edilən ilk azərbaycanlılar

IJF dünya çempionatı çərçivəsində bir sıra tədbirlər də keçirdi. Yarış ərəfəsində “Buta” sarayında qurumun “Şöhrət zalı”na daxil edilən 19 ulduz mükafatlandırılıb. Azərbaycandan 3 nəfər bu şərəfə layiq görülüb. IJF 1992-ci il Barselona Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynovu, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədlini, eləcə də 2004-cü il Afina və 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında birinci yeri tutmuş İlham Zəkiyevi fərqləndirib.

Bundan başqa, IJF İcraiyyə Komitəsinin iclasında dünya çempionatlarında komanda yarışları, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına hazırlıq və Yeniyetmələrin III Yay Olimpiya Oyunları, məşqçilərlə bağlı yeni qaydalar, təlim və məşq məsələləri, uzunmüddətli təqvim və digər idman məsələləri də müzakirə olundu, müvafiq qərarlar qəbul edildi.

Toplantıda 2021-ci ildə cüdo üzrə dünya çempionatının Avstriyanın paytaxtı Vyanada keçirilməsi qərara alındı. Həmçinin cüdonun illik təqviminə Kanada, İsrail və Çili Qran-prilərinin əlavə olunacağı da açıqlandı.

Marius Vizer Azərbaycanda olduğu müddətdə Azərbaycan Cüdo Federasiyasının Sumqayıt təlim-məşq bazasının açılışında iştirak edib. O, həmçinin cüdo üzrə Azərbaycan milli komandalarının Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasını ziyarət edib. Qurumun rəhbəri görülən işləri yüksək qiymətləndirib və müasir tələblərə cavab verən bazanın cüdoçuların istifadəsinə verilməsinə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirib. O, bazanın Azərbaycanda cüdonun inkişafına töhfə verəcəyinə əminliyini vurğulanıb.

Beləliklə, sentyabrın 20-27-də Bakıda yüksək səviyyədə keçirilən cüdo üzrə növbəti dünya çempionatı Azərbaycanın ən mötəbər beynəlxalq yarışları peşəkarlıqla təşkil etmək bacarığını bütün dünyaya bir daha göstərdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasa tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib