İDMAN
“Bakı 2019” Belçikanın oğlan və İtaliyanın qız voleybolçuları yarımfinala vəsiqə qazanıblar
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də XV Avropa Gənclər Olimpiya Festivalında oğlan və qız voleybolçuların mübarizəsinin üçüncü günündə qrup mərhələsində ikinci görüşlər yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən oğlanların yarışında ikinci matçda B qrupunda mübarizə aparan Çexiya və Bolqarıstan komandaları meydana çıxıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən matç 3:2 (25:18, 21:25, 25:23, 23:25, 20:18) hesabı ilə Çexiya seçməsinin xeyrinə başa çatıb.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların yarışının B qrupunda ikinci oyunda İtaliya və Belarus seçmələri üz-üzə gəliblər. Görüşdə daha güclü olan İtaliya idmançıları hər üç setdə (25:22, 25:19, 25:18) rəqiblərini asanlıqla məğlubiyyətə uğradıblar.