İDMAN


“Bakı 2019”: Bu gün kişi və qadın basketbolçuların yarışında finalçılar müəyyənləşəcək

Bakı, 26 iyul, AZƏRTAC

XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, festivalın altıncı günündə kişi və qadın basketbolçular 5-8-ci yerlər uğrunda və yarımfinalda mübarizə aparacaqlar.

İlk olaraq qadınların mübarizəsində 5-8-ci yerlər uğrunda görüşdə Belçika-Türkiyə, yarımfinal mərhələsində isə Rusiya-Macarıstan oyunu keçirilir. Daha sonra 5-8-ci yerlər uğrunda görüşdə Polşa-İtaliya, finala vəsiqə uğrunda qarşılaşmada isə Çexiya-Fransa görüşü təşkil olunacaq.

Kişilərin yarışında 5-8-ci yerlər uğrunda görüşdə Azərbaycan millisi Yunanıstan, Litva yığması ilə Xorvatiya ilə qarşılaşacaq. Finala vəsiqə uğrunda isə İspaniya-Fransa və Serbiya-Türkiyə matçları oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.