İDMAN


“Bakı 2019”: Fərdi proqramda gürzlər və lentlə təsnifat yarışları davam edir

Bakı, 19 sentyabr, AZƏRTAC

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramda gürzlər və lentlə təsnifat yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, ukraynalı gimnast Vlada Nikolçenko gürzlərlə təsnifat yarışlarında 23,450 xal toplayaraq sıralamada üçüncü pilləyə yüksəlib.

İlk iki pillədə rusiyalı əkiz bacılar – Dina və Arina Averinalar yer alıblar. Belə ki, A.Averina 24,250 xalla birinci, D.Averina isə 24,000 xalla ikinci yerdə qərarlaşıb.

V.Nikolçenko lentlə yarışlarda da üçüncü pillənin sahibi olub. Gimnast hakimlərdən 21,150 xal alıb. İlk iki pilləni isə D.Averina (21,700 xal) və İsrail təmsilçisi Linoy Aşram (21,150) tutublar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.