İDMAN


“Bakı 2019”: Gimnastımız Səməd Məmmədli çoxnövçülükdə medallar uğrunda mübarizə aparır VİDEO

Bakı, 25 iyul, AZƏRTAC

Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar.

İdman gimnastikası yarışlarının üçüncü günündə kişi və qadın atletlər çöxnövçülükdə medallar uğrunda güclərini sınayırlar. Azərbaycan atleti Səməd Məmmədli də medallar uğrunda yarışır.

Gimnastımız çoxnövçülüklə yanaşı, sərbəst hərəkətlər və dəstəli at yarışlarının finalında da çıxış edəcək.

Festivalın idman gimnastikası yarışlarına iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.