İDMAN


“Bakı 2019”: Türkiyənin qadın və kişi basketbolçuları ilk görüşdə məğlub olublar

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışlarının birinci günündə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən kişi basketbolçuların yarışında növbəti görüşdə İspaniya və Türkiyə yığmaları qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, görüşdə daha üstün oyun nümayiş etdirən İspaniya seçməsi 72:65 hesabı ilə qalib gəlib.

Avropa Azərbaycan Məktəbində isə Çexiyanın və Türkiyənin qadın basketbolçuları üz-üzə gəliblər. Bu görüşdə də Türkiyə təmsilçiləri uduzublar – 58:74.

Qeyd edək ki, həm qadınların, həm də kişilərin mübarizəsində səkkiz komanda iki qrupda yarışır. Kişilərin yarışında A qrupunda Azərbaycan, Xorvatiya, Fransa, Serbiya, B qrupunda İspaniya, Yunanıstan, Türkiyə və Litva yığmaları mübarizə aparırlar. Qadınların mübarizəsində isə Belçika, Fransa, İtaliya, Rusiya milliləri A qrupunda, Çexiya, Macarıstan, Polşa və Türkiyə seçmələri isə B qrupunda yer alıblar. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Yarışlara iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.