“Bakı 2019”un tennis üzrə oğlan cütlüklərin yarışında dörddəbir final mərhələsinə yekun vurulub
AzerTAg.az
Bakı, 24 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyulun 24-də XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennis üzrə oğlan cütlüklərin yarışında dörddəbir final mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, belçikalı Noah Merre/Alessio Basile cütlüyü türkiyəli Erden Er/Toğan Turkaçı duetinə 2:1 (6:2, 5:7 (11:9) hesabı ilə qalib gəlib. Çexiyalı Matthev Villiam Donald/Hinek Barton dueti isə almaniyalı Oliver Olsson/Daniel Milardovic cütünü 2:0 (7:6, 7:6) hesabı ilə məğlubiyyətə uğradıb. Digər görüşdə polşalı Filip Pieçzonka/Olaf Pieçkovski dueti avstriyalı Yan Kobierski/Mathias Uyvari cütlüyündən üstün olub - 2:0 (6:1, 6:3). Dörddəbir finalın sonuncu görüşündə isə ispaniyalı Pedro Rodenas/Daniel Merida dueti rumıniyalı Andrey Voikan/Alin Fatu cütlüyünü 2:0 (7:6, 6:3) hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib.








Xəbərin mətnində orfoqrafik səhv var