İQTİSADİYYAT
Bakı Ağ Şəhərdə mənzil alanlar üçün yeni xidmət
Bakı Ağ Şəhərin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağ Şəhərdə daşınmaz əmlak əldə edənlər üçün nəzərdə tutulan “Mənzilim” monitorinq xidməti mənzil sahiblərinə daşınmaz əmlakları barədə bütün məlumatları və yenilikləri onlayn rejimdə öyrənmək imkanı yaradacaq.
Beləliklə, əmlakın alınmasına dair müqavilə bağlandığı vaxtdan etibarən 30 gün ərzində əmlak sahibinə “Mənzilim” plastik kartı təqdim edilir. Kartın üzərində alıcıya məxsus istifadəçi adı və şifrə yerləşir. Kartdakı məlumatların məxfiliyini təmin etmək üçün istifadəçi adı və şifrə boya ilə örtülür və monitorinq qrupunun təmsilçisi tərəfindən holoqramla bağlanmış zərfə yerləşdirilir.
Mənzil sahibi www.menzilim.bakuwhitecity.com saytında daxil olub, istifadəçi adını və şifrəsini qeyd etməklə əmlakına dair bütün məlumatları öyrənə, əmlakın məhz ona məxsusluğuna əmin ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]