Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra infrastruktur obyektlərinin inşası tamamlanıb
Prezident İlham Əliyev görülən işlərlə tanış olub, Qarabağ Atları Kompleksinin təməlini qoyub YENİLƏNİB VİDEO

Bakı, 27 dekabr, AZƏRTAC

Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb.

AZƏRTAC xəbər verir ki, dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kvartalda görülən işlərlə tanış olub, Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoyub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına Kvartalda görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif ölçülü küçələrin salınması və yolaltı kommunikasiya infrastruktur işləri tamamlanıb. Bunlar, əsasən Qarabağ Atları, 3-cü Şərq, 6-cı Park küçələri və bir sıra digər küçələrdir.

Bununla da artıq Ağ Şəhərin Xəqani Rüstəmov küçəsindən əlavə daha iki küçəsinin Babək prospektinə rahat giriş və çıxışı təmin ediləcəkdir. Prospekt boyunca magistral su xətti, yüksək və ortatəzyiqli qaz xətləri, elektrik magistral xətlər köçürülərək Ağ Şəhər layihəsinə uyğunluğu təmin edilib.

Tamamlama işləri çərçivəsində arabalar üçün panduslar, yerüstü piyada keçidləri, qoruyucu tumbalar, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” xidməti tərəfindən videokameralar quraşdırılıb, “Azərsu” və “Azərişıq” Açıq Səhmdar cəmiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yeraltı kommunikasiyalar, “Delta Telecom” MMC tərəfindən isə İT kanal sistemləri çəkilib.

Mərkəzi Park Kvartalı 2017-ci ildə təhvil verilmiş Paris evlərindən əlavə, 36, 20 və 8 mərtəbəli yaşayış binaları, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yaşayış binaları, ticarət və ictimai iaşə obyektləri, orta məktəb, ofis və dövlət inzibati binaları, bir sıra park və yaşıllıq zonalarından ibarətdir.

Bildirildi ki, Qarabağ Atları küçəsinin mərkəzində səkkizmərtəbəli, müasir fasadlı yaşayış binalarının əhatəsində Qarabağ Atları Meydanı yerləşir.

Prezident İlham Əliyev Qarabağ Atları Meydanına gələrək burada ağac əkdi.

Sonra dövlətimizin başçısı Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoydu.

Meydanla tanışlıq zamanı qeyd olundu ki, ətrafdakı binalarda mağazaların, kafe və restoranların, digər ictimai iaşə obyektlərinin açılması nəzərdə tutulur. Burada həmişəyaşıl ağaclar və kollardan ibarət landşaft salınıb. Meydanın mərkəzində Qarabağ atlarının heykəl kompleksi quraşdırılıb. Qarabağ atları heykəl kompleksi Azərbaycanın Qarabağ torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki Zəfərinə həsr edilib. Yeddi Qarabağ atından ibarət kompleksin hazırlanmasına amerikalı heykəltaraş Robert Sammers cəlb olunub. Qeyd edək ki, heykəltaraş Dallas şəhərində yerləşən “Mal-qara sürülməsi”, Kaliforniya hava limanında “Con Ueyn” və digər əsərləri ilə dünyada məşhurdur.

Qarabağ Atları küçəsində avtomobillərin və piyadaların təhlükəsiz hərəkəti üçün hər cür şərait yaradılıb. Burada Ağ Şəhər layihəsinə uyğun olaraq piyadalar üçün panduslar və yerüstü keçidlər salınıb, eni 6-8 metr olan səkilərdə xüsusi dizaynlı daş düzümündə küçənin adı qeyd edilib, yaşıllıq zolaqları salınıb, avtomobil və velosiped dayanacaqları yaradılıb, piyadaların istiqamətləndirilməsi üçün yol göstəriciləri və xəritələr, tullantı qutuları, oturacaqlar quraşdırılıb. Küçə şimalda Babək prospektinə, cənubda isə Mərkəzi Parka birləşir.

Prezident İlham Əliyev avtobusla Bakı Ağ Şəhər Mərkəzi Park Kvartalını gəzdi.

Dövlətimizin başçısına məlumat verildi ki, Meydanın ətrafındakı yaşayış binalarının birinin fasadında keramikadan xüsusi hazırlanmış pano quraşdırılıb. Həmçinin burada dördmərtəbəli hipermarket binasının, Babək prospektində müasir dizaynlı çoxfunksiyalı binanın və yaşıllaşdırılmış avtodayanacağın inşası başa çatıb. Bu kommersiya binaları Babək prospekti boyunca yerləşən satış və ticarət məkanlarının davamı olacaq.

Diqqətə çatdırılıb ki, burada, həmçinin Bakı Ağ Şəhərin “landmark”ı olan və hazırda tikintisi aparılan 12 mərtəbəli ofis binası beynəlxalq standartlara uyğun iş məkanı təklif edəcək. Yeraltı və yerüstü avtodayanacaqların, müasir havalandırma sisteminin, sürətli liftlərin nəzərdə tutulduğu binanın qarşısında gəzinti və istirahət üçün geniş yaşıl meydan salınacaq. Ətraf mühit və ekologiyanı tikintidə əsas amil kimi nəzərə alaraq binanın BREEAM ekoloji sertifikatlaşma təşkilatı tərəfindən layihələndirmə mərhələsindən dəyərləndirilməsinə başlanılıb. Bu, artıq Bakı Ağ Şəhərdə BREEAM sertifikatlı ikinci ofis binası olacaq. Biznes mərkəzinin arxasında, hündür binaların əhatəsində 1 hektar ərazisi olan Mərkəzi Park layihələndirilib. Parkda gözoxşayan landşaft və incəsənət nümunələri yer alacaq. Bu park piyadalar üçün şimalda Babək prospekti və Qarabağ Atları Meydanından başlayan Fəvvarələr meydanı və piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanı olacaq.

Prezident İlham Əliyev: Məqsədimizə çatmışıq, şəhər içində artıq şəhər var.

Ruslan Sadıxov: Maşallah, cənab Prezident, qoyduğunuz bütün təməllər hamısı uğurlu olur. Ağ Şəhər də onlardan biridir. Həm uğurlu, həm də böyük bir ekoloji layihə kimi dünyada tanınır. Həmçinin Bakı şəhərinin sakinləri arasında da böyük etimadla qarşılanır.

Dövlətimizin başçısına Bakı Ağ Şəhər layihəsi çərçivəsində növbəti illərdə görüləcək işlər barədə də məlumat verildi.

Qeyd edək ki, Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Bakı Ağ Şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq və yerli mükafatlara, Honkonqda “MIPIM Asia Awards 2011” müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında, Dubayda “Cityscape Global” və bir sıra digər sərgilərdə “Ən yaxşı şəhərsalma layihəsi” kimi müxtəlif mükafatlara layiq görülüb.

Ağ Şəhərin təhvil verilmiş kvartallarında artıq minlərlə sakin keyfiyyətli və müasir şəhər mühitində yaşayır. Burada layihələndirilən və tikilmiş binalar, parklar və digər ictimai yerlər Bakı şəhərinin gözəl memarlıq simasına öz töhfəsini verməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

VİDEO

Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra infrastruktur obyektlərinin inşası tamamlanıb  Prezident İlham Əliyev görülən işlərlə tanış olub, Qarabağ Atları Kompleksinin təməlini qoyub  YENİLƏNİB VİDEO

Sumqayıtda yaşayış binasında partlayış olub, 2 nəfər xəsarət alıb

İkili standartlar müasir dünya reallıqlarının acı təcəssümüdür

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Balakəndə Ulu Öndərə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Sumqayıt" komandasını darmadağın edib

“Üç dəniz əfsanəsi” filminin təqdimat mərasimi olub

Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqeləri VİDEO

Türkiyə və Gürcüstanın parlament sədrləri regiondakı vəziyyəti müzakirə ediblər

“Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi uğurla başa çatıb

Cəsarət Əhmədov: Gənc idmançıların vətənpərvər ruhda böyümələri federasiya rəhbərlərinin qarşısında əsas vəzifə kimi qoyulmalıdır

Fərid Qayıbov: "Sağlam məhəllə" layihəsi uşaqların idmana həvəs göstərməsində faydalıdır

İcma: Simonyanın Avropa Şurası parlament rəhbərlərinin Avropa konfransındakı böhtan dolu çıxışını qınayırıq

İlham Əliyevin sirri

Azərbaycanın uğurlarının xronologiyasına baxsaq, Prezident İlham Əliyevin hər bir vədinin arxasında real addımın dayandığını görürük

Nyu-Yorkda yağış səbəbindən fövqəladə vəziyyət elan edilib

Bakıda “Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar” adlı seminar keçirilir

Qarabağ bölgəsi ilə bağlı İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndiyə səfəri nəzərdə tutulub

Xocəsəndə "Sağlam məhəllə”nin açılışı olub

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib YENİLƏNİB-3 VİDEO

II Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Ağalı ilə tanış olublar

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Lənkəranda avtomobil 76 yaşlı kişini vurub

Postsovet məkanında separatizmin başının əzildiyi ilk geostrateji məkan məhz Azərbaycan oldu – RƏY

Fərid Qayıbov beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb

Rusiya Xalq Təsərrüfatının İdarəedilməsi və Dövlət Qulluğu Akademiyasının nümayəndələri ADPU–da olublar

II Azərbaycan Milli Şəhərsalma Forumu plenar sessiyalarda işini davam etdirib VİDEO YENİLƏNİB

Ağacların quruması və qəzalı vəziyyətə düşməsi qısa müddətdə baş vermir

AMEA-da “Heydər Əliyev 100: Türkiyə Yüz İli” mövzusunda tədbir keçirilib VİDEO

Azərbaycan və Ukrayna parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb

MN: Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Ermənistanın regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə məlumatlandırılıb

Sentyabrda İtaliyada inflyasiya 5,3 faiz olub

DSX: Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb

İspaniyada Avropanın ən qədim ayaqqabıları tapılıb

“Səbail” klubu legioneri ilə müqavilənin müddətini uzadıb

Beynəlxalq konfransda Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasından danışılıb VİDEO

QHT sədri: Naxçıvan görüşü Türkiyə-Azərbaycan strateji münasibətlərinin vahid konsepsiyasını ortaya qoydu

Gülnarə Xəlilovanın kolleksiyaları TÜRKSOY-un 30 illiyində Özbəkistan və Qazaxıstanda təqdim olunub

® Azərbaycanın hər bölgəsində yaxın və qənaətli qonşunuz!

Energetika naziri Naxçıvanda şirkət rəhbərləri ilə görüşüb

FHN: Xankəndi yaxınlığında baş vermiş yanğınla bağlı axtarış-xilasetmə əməliyyatı yekunlaşıb, xilasedicilərimiz 48 nəfərin cəsədini çıxarıblar VİDEO

“AccessBank” tender elan edir

Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

Qazaxıstanın futzal yığmasının Azərbaycan millisi ilə oyunlar üçün heyəti açıqlanıb

Anar Quliyev: Biz həm Azərbaycanın gördüyü işləri göstərmək, həm də dünya ölkələrinin təcrübəsini öyrənmək imkanı əldə etmişik

Oktyabrın 2-nə olan USD/AZN rəsmi məzənnəsi

Elm və təhsil naziri İmişlidə vətəndaşları qəbul edib

Dövlət Turizm Agentliyinin dəstəyi ilə aşpazlıq üzrə pilot tədris qrupu yaradılır

“İqtisadi islahatlar” elmi-analitik jurnalının 7-ci sayı nəşr olunub

BDU-da “Kosmos hüququ” mövzusunda işçi seminar keçiriləcək

XİN: Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib

“Prodüserlərin inkişaf təlimi” proqramına qəbul elan edilib

Azərbaycanın bugünkü inkişafının təməlində Ulu Öndərin müəllifi olduğu “Əsrin müqaviləsi” böyük rol oynayır

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan üç nəfərdə 2 kq narkotik vasitə aşkarlanıb VİDEO

Məktəb direktorları üçün maarifləndirici görüş

Orta Dəhliz boyunca konteyner daşınmasının daha operativ formada təşkili müzakirə olunub

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi təsis edilib

Şərqşünas alimin məqaləsi Təbrizdə “Aydın gələcək” jurnalında dərc olunub

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Azad Mirzəcanzadə inkişaf proqramına start verilib

Azərbaycanı Beynəlxalq Atletlər Forumunda Rüstəm Orucov təmsil edəcək

Hakimlər, prokurorlar və vəkillər üçün etik qaydalar” adlı təlim kursunun açılış mərasimi olub

Bakıda “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib

Şəhid ailələri və digər həssas qrupların sosial müdafiəsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

“Türk Dövlətləri İqtisadiyyatı” kitabının Qazaxıstanda təqdimatı keçirilib

Bakıda “Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılacaq

Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən növbəti görüş başa çatıb   YENİLƏNİB FOTO VİDEO

Böyük Adron Kollayderində ilk dəfə təcrübədə neytrino aşkar edilib

DTX: Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib VİDEO

Kreml: Rusiya sülhməramlı kontingentinin gələcəkdə Qarabağda qalması məsələsi Bakı ilə müzakirə ediləcək

Azərbaycan Prezidenti: Ermənistan hökuməti sentyabrın 20-dək baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır

Gürcüstanla sərmayələrin təşviqi və əməkdaşlıq perspektivləri müzakirə olunub

Meksika nümayəndəsi: Azərbaycanda olmaq bizim üçün yaxşı səfər təcrübəsidir VİDEO

Akkan Suver: Ümummilli Lider Heydər Əliyevin Türk dünyası üçün gördüyü işlər misilsizdir

Mahir Emreli: “Dinamo”nun əsas heyətində oynamağa layiq olduğumu göstərmək istəyirəm

Barbadosun Baş naziri BMT-nin növbəti Baş katibi ola bilər

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb

Prezident İlham Əliyev: Biz Qafqazda sülh və sabitlik istəyirik

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirilib VİDEO

Pakistanlı nazir: Bu səylərin başlanğıcında olsanız da, artıq çox müsbət və konstruktiv nəticələr var VİDEO

“44 gün – Tarixi zəfər” kitabının ikinci cildinin təqdimatı olub

Peşəkarlar tələbələrlə təcrübələrini bölüşüblər

“Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabı ərəb və fars dillərində təqdim olunub VİDEO

Prezident: Torpaqlarımızda separatçılığa son qoyulub, bu, bizim güclü siyasi iradəmizin göstəricisidir

"Qəbələ"nin prezidenti: Klubumuz tarixində heç vaxt belə uğursuz start yaşamayıb - MÜSAHİBƏ

Qaxda 13 min hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır

Səudiyyə qəzeti Cənubi Qafqazda yeni reallıqlar və Qarabağ separatçılarının tərk-silah edilməsindən yazıb

“Artım” layihə məkanında sərgi – “MONO”

Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görülüb

“Düşünən şagird” müsabiqəsinə start verilib

BANM-də Süni İntellekt Mərkəzinin yaradılması planlaşdırılır

Prezidentdən Azərbaycana qarşı qəbuledilməz planları olanlara mesaj: Bizim səbrimizlə oynamayın

AMEA-nın prezidenti: Dünyada Azərbaycan-Türkiyə qardaşlığının alternativi yoxdur

Azərbaycanda Çin şirkəti ilə birgə Süni İntellekt laboratoriyası yaradılacaq

Azərsu: Biləcəri qəsəbəsində sudan qanunsuz istifadə halları aşkarlanıb

On bir heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

“AzerGold” QSC peşə təhsili üzrə növbəti “Təqaüd proqramı” müsabiqəsini elan edir

Pedaqoji ixtisaslar üzrə qəbul planının 30 faizi ADPU-nun payına düşür