İQTİSADİYYAT
Bakı-Ağstafa marşrutu üzrə axşam reysi təyin edilir
Bakı, 14 mart, AZƏRTAC
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar olaraq Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə martın 18-də sayca 3-cü reysi təyin edir.
ADY-dən AZƏRTAC-a bildirilib ki, müvafiq tarixdə Bakı Dəmir yolu Vağzalından saat 17:00-da yola düşən qatar mənzilbaşına saat 21:55-də çatacaq.
Xatırladaq ki, martın 18-də səhər saat 08:25-də Ağstafaya yola düşən ilk sürətli qatar saat 13:20-də, 08:45-də yola düşən ikinci qatar isə saat 13:40-da Ağstafaya çatacaq.
Bakı-Ağstafa marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətilinin sonunda paytaxta rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, müvafiq qaydada təmin ediləcək.
Qeyd edək ki, Bakıdan Ağstafaya hərəkət edən sürətli sərnişin qatarının yolda olma müddəti 4 saat 55 dəqiqədir. Qatarın orta sürət göstəricisi isə 100 km/saat təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]