ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi “İlin ən yaxşı təhsil müəssisəsi” seçilib
Bakı, 4 oktyabr, AZƏRTAC
AzEdu.az təhsil portalı ölkəmizdə ən yaxşı ali təhsil müəssisələrini müəyyənləşdirmək üçün sorğu keçirib. Sorğuda 15 universitet iştirak edib. “Azərbaycanda ən yaxşı təhsil verən universitet hansıdır?” sorğusunda Bakı Ali Neft Məktəbi (BANM) ilk beşlikdə yer tutaraq “İlin ən yaxşı təhsil müəssisəsi” seçilib. Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
AzEdu.az təhsil portalının baş direktoru Elşad Eyvazlı “İlin ən yaxşı təhsil müəssisəsi” adlı təltifnaməni BANM-də rektor Elmar Qasımova təqdim edib. E.Qasımov sorğuda ilk beşlikdə yer almalarının sevindirici hal olduğunu vurğulayaraq, portal kollektivi və təşkilatçılara təşəkkürünü bildirib.
Ali məktəblə Azərbaycanın ən nüfuzlu təhsil portalının əməkdaşlığının daha da genişləndirilməsi nəzərdə tutulur.