ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbi Meksika Neft İnstitutu ilə əməkdaşlığa başlayır

Bakı, 6 iyun, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron və Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini ilə görüşüb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, rektor Elmar Qasımov qonaqlara rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. Rektor bakalavr və magistratura üzrə tələbə hazırlayan ali məktəbdə yaxın gələcəkdə akademik karyerasını davam etdirmək istəyən tələbələr üçün PhD proqramının fəaliyyət göstərəcəyini bildirib.

Ernesto Rios Patron Meksikanın neft-qaz sektoru və şirkətləri haqqında məlumat verərək qeyd edib ki, Meksika Neft İnstitutu texnoloji tədqiqat və mühəndislik üzrə ixtisaslaşıb. O, BANM ilə təcrübə mübadiləsinin, yeni kurikulum və tədris planlarının birgə işlənib hazırlanmasının mümkün olacağını qeyd edib.

Tərəflər əməkdaşlığa başlamaq üçün tələbə və müəllimlər arasında mübadilə, birgə tədqiqatların həyata keçirilməsi məsələlərini müzakirə ediblər və bu barədə razılığa gəliblər.

Sonra qonaqlar BANM-in kampusunda tələbələr üçün yaradılmış şərait, ən müasir laboratoriyalar, tədris otaqları, idman kompleksi ilə tanış olublar.

Qeyd edək ki, 1965-ci ildə yaradılan Meksika Neft İnstitutu neft sənayesi sahəsində fəaliyyət göstərən tədqiqat mərkəzidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.