ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

 

Bakı, 5 oktyabr, AZƏRTAC 

Oktyabrın 5-də Bakı Ali Neft Məktəbində (BANM) Beynəlxalq Müəllimlər Günu münasibətilə tədbir keçirilib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, professor-müəllim heyəti, tələbələr, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor E.Qasımov Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının fədakar müəllimlərinə yüksək dəyər verib, bu hörməti və dəyəri qoruyub saxlamaq və yaşatmaq isə hamımızın borcudur. E.Qasımov, həmçinin Prezident İlham Əliyevin BANM-in müəllimlərinə olan diqqətindən danışıb. Rektor vurğulayıb ki, bu il neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova dövlətimizin başçısının Sərəncamı ilə “Tərəqqi” medalı, ötən ay isə kafedranın professoru Fuad Vəliyev “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub.

Sonra rektor 70 illik yubileyi münasibətilə, eyni zamanda, ölkəmizdə neftçi kadrların hazırlanmasında verdiyi töhfəyə görə SOCAR-ın prezidenti Rövnəq Abdullayev tərəfindən təltif edilən BANM-in neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakova “Fəxri neftçi” döş nişanını təqdim edib və ona pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə ali məktəbin bir qrup qabaqcıl təhsil işçisi fəxri fərmanlarla təltif olunub. Həmçinin “Azərkosmos” ASC və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "CanSat Azərbaycan-2018" müsabiqəsinin final mərhələsində 2-ci yerə çıxan BANM tələbələri E.Qasımov tərəfindən mükafatlandırılıblar.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.