ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində Beynəlxalq Qadınlar Günü qeyd edilib

Bakı, 7 mart, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra rektor Elmar Qasımov ali məktəbin qadın kollektivini bayram münasibətilə təbrik edib. Rektor bildirib ki, ölkəmizdə qadın hərəkatına böyük önəm verən Prezident İlham Əliyev Azərbaycanın xoşbəxt gələcəyi uğrunda çalışan xanımlara hər zaman dəstək göstərib. Qeyd olunub ki, BANM-də tələbə qızların sayı əvvəlki illərə nisbətən xeylı artıb, əməkdaşların isə 60 faizindən çoxu qadınlardır.

Rektor BANM-in fəaliyyətində uzun illər öz töhfəsini verən 10 xanım əməkdaşı mükafatla təltif edib. Eyni zamanda, ali məktəbin bütün xanım işçiləri və tələbələrinə hədiyyələr verilib.

Tədbir konsert proqramı ilə davam edib. Musiqili proqramda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və BANM-in Musiqi Klubunun üzvləri öz ifaları ilə xanımlarda bayram əhval-ruhiyyəsi yaradıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.