ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində MBA proqramına qəbul davam edir

Bakı, 11 iyun, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) sentyabrdan etibarən biznesin idarə edilməsi (MBA - Master of Business Administration) ixtisası üzrə magistratura proqramının tədrisi həyata keçiriləcək. Hazırda həmin ixtisas üzrə təhsil almaq istəyən bakalavrlar üçün qəbul davam edir.

BANM-dən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Ali məktəbin təqdim etdiyi innovativ MBA proqramı müasir çağırış və trendlərə tam cavab verəcək. Proqram tələbələrə rəqabətədavamlı karyera imkanları, əlverişli dərs qrafiki, akademik mükəmməllik, geniş peşəkar biznes əlaqələri və Azərbaycanın ən tanınmış mütəxəssislərindən təcrübi biliklər əldə etmək imkanı yaradacaq.

BANM-in MBA proqramında strateji idarəetmə, maliyyənin idarə olunması, marketinq konsepsiyaları, kapital qoyuluşu və maliyyə strategiyaları, menecerlər üçün mühasibat, informasiya texnologiyalarının idarə olunması və digər fənlərin tədrisi nəzərdə tutulub. Proqramı SOCAR və transmilli şirkətlərin rəhbər vəzifəli şəxsləri tədris edəcəklər. MBA ixtisası üzrə təhsil alacaq tələbələr müxtəlif şirkətlərin təcrübə proqramlarında iştirak edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.