ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində Neftçilər günü qeyd olunub

Bakı, 20 sentyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) 20 sentyabr - Neftçilər gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı tədbirində BANM-in rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər. Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.

Tədbirdə prorektor Ramiz Hümbətov Azərbaycan neftçilərini, BANM-in professor-müəllim heyətini və əməkdaşlarını bayram münasibətilə təbrik edib. R.Hümbətov Neftçilər gününün xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Fərmanı ilə təsis edildiyini diqqətə çatdıraraq deyib ki, “Əsrin müqaviləsi”nin imzalanmasından artıq 23 il keçir.

“Bu müqavilə ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edib və ölkəmizi dünyanın neft ixracatçılarından birinə çevirib. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasətin layiqli davamçısı kimi neft sənayesinin inkişafında yeni mərhələnin əsasını qoymaqla neft tarixində yeni bir uğura imza atıb”, - deyə prorektor bildirib.

BANM-in ingilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyevin Azərbaycan neftinin tarixinə dair məruzəsindən sonra “Əsrin müqaviləsi”nin imzalanmasının tarixi əhəmiyyəti ilə bağlı sənədli film nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.