ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində imtahan ərəfəsində tələbələrlə onlayn görüş

Bakı, 25 yanvar, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov payız imtahan sessiyası ərəfəsində tələbələrlə onlayn görüş keçirib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, 1000-ə yaxın tələbənin iştirak etdiyi görüşdə distant təlim-tədris prosesi, imtahanlara hazırlıq prosesi, tələbələrin qarşısına çıxan çətinliklər müzakirələr edilib.

Rektor qeyd edib ki, təhsildə tətbiq edilən müasir kommunikasiya metodlarının nəticəsidir ki, Bakı Ali Neft Məktəbində tədris prosesini vaxtında yekunlaşdırmaq və imtahanları onlayn qaydada uğurla təşkil etmək mümkün olub. “Ali məktəbimizdə imtahanlar mövcud qaydalara, yerli və beynəlxalq standartlara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur. Eyni zamanda, tələbələrin şikayətlərinin qısa zamanda araşdırılıb müvafiq qərar qəbul edilməsi həyata keçirilir. Hər bir müraciətə, şikayətə ayrı-ayrılıqda baxılır, buraxılmış səhvlər bir-bir izah edilir, obyektivliyə tam zəmanət verilir”, - deyə E.Qasımov vurğulayıb.

Görüşdə tələbələrin əldə etdikləri uğurlar və qarşıda duran perspektivlər ətrafında da fikir mübadiləsi aparılıb. Tələbələrin müxtəlif mövzular üzrə sual, müraciət və təklifləri dinlənilib, onların bütün sualları rektor tərəfindən ətraflı cavablandırılıb.

Sonda rektor tələbələrə yeni semestrdə uğurlar arzulayaraq onları daha fəal və intizamlı olmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.