ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində qanvermə aksiyası keçirilib
Bakı, 12 may, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları arasında xeyriyyə məqsədilə qanvermə aksiyası keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının və SOCAR-ın birgə təşəbbüsü ilə aparılıb.
Qanvermə aksiyası SOCAR-ın işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin həkim-mütəxəssisi Cəmşid Şahverdiyevin nəzarəti və Mərkəzi Qan Bankının səyyar həkim briqadasının köməyi ilə həyata keçirilib.
SOCAR-ın işçiləri arasında keçirilən aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqlara kömək göstərməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]