ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin altı məzunu Almaniya hökumətinin təqaüdünü qazanıb

Bakı, 29 iyul, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) 6 məzunu Almaniyanın DAAD təqaüd proqramının qalibi olub.

Yüksək rəqabət mühiti olan DAAD təqaüd proqramına 400-ə yaxın azərbaycanlı müraciət edib. Onların arasından təqaüdə layiq görülmüş 26 nəfərdən 6-sı məhz BANM məzunudur.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin məzunları mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar. Bu, ali məktəb üçün çox qürurverici haldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.