ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin əməkdaşlarının kütləvi şəkildə vaksinasiyasına başlanılıb

Bakı, 30 aprel, AZƏRTAC

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Bakı Ali Neft Məktəbinin əməkdaşlarının COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.

BANM-dən AZƏRTAC-a bildirilib ki, mövcud pandemiya şəraitində dövlət tərəfindən planlı vaksinasiyanın aparılması “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” ilə tənzimlənir.

Bu strategiyaya görə, təhsil sektorunda çalışanlar yüksək risk qrupuna aid olunur. Bunu nəzərə alaraq, indiyədək Ali Məktəbin əməkdaşlarından 100 nəfərdən çoxu peyvənd olunub.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Fevralın 8-dən isə vaksinasiyanın ikinci mərhələsinə start verilib. Pandemiyanın davam etməsini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll edilməli olduğunu nəzərə alaraq ÜST dünyada bu xəstəliyə qarşı mübarizə də güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olması bəyan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.