ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin məzunundan rekord göstərici – 14 ali məktəbə qəbul olub

Bakı, 13 iyul, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu - kimya mühəndisliyi ixtisasını bitirən Zahir Ağayev dünyada tanınan 14 universitetə qəbul olub. O, müraciət etdiyi ABŞ–ın 15 ali məktəbindən 13-nə qəbul edilib. Həmin universitetlərdən 7-si Zahir Ağayevə tam təqaüd təklif edib.

Məzunun bu uğuru Azərbaycan üzrə rekord göstəricidir.

Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Bildirilib ki, təqaüd təklif edən universitetlərdən 4-ü doktorantura üzrədir. Bu isə bakalavr məzunu üçün olduqca yüksək göstəricidir. Zahir Ağayev daha bir neçə ali məktəbin ilkin qəbul imtahanlarından keçsə də artıq bu cür yüksək nəticələr əldə etdiyi üçün həmin müraciətlər üzrə yekun mərhələlərdə iştirakdan imtina edib. Onun seçimi ABŞ-ın Konnektikut Universiteti olub.

Zahir Ağayev 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanından 650 bal toplayaraq BANM-in kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub. Ali məktəbi 91.09 ümumi orta müvəffəqiyyət göstəricisi ilə bitirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.