ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin müəlliminin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

Bakı, 1 fevral, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi kafedrasının müəllimi Samin Məliyin "Dinamik və kontrol sistemlər" jurnalında "Kontrolda gecikməli diskret sistemlərdə birinci və ikinci tərtib zəruri optimallıq şərtləri" başlıqlı elmi məqaləsi dərc edilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, məqalədə müasir mühəndislik və iqtisadi optimallaşdırma problemlərinin həllində tətbiq olunan “Eyler tip zəruri optimallıq şərtləri və xəttiləşmiş diskret maksimum prinsipi”ndən bəhs edilir. Diskret sistemlərdə optimallaşdırma məsələləri müasir riyaziyyatın ən prioritet tədqiqat sahələrindən olmaqla yeni çoxfunksiyalı texnoloji maşınların əlverişli iş prinsiplərinin təyinatı, həmçinin riyazi modelləri vasitəsilə gecikmiş və ya məhdudiyyətlər yaranmış bank ödənişlərinin optimal idarə edilməsi üçün böyük əhəmiyyət daşıyır.

Samin Məlik Böyük Britaniyanın Mançester Universitetində riyaziyyat və riyazi məntiq ixtisası üzrə magistraturanı bitirib və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda optimal idarəetmə ixtisası üzrə dissertantdır.

Qeyd edək ki, "Dinamik və kontrol sistemlər" jurnalı ABŞ-ın çox nüfuzlu “Springer” elmi jurnallar bazasında olmaqla yanaşı, kontrol və optimizasiya sahəsi üzrə dünyada ən nüfuzlu 25 elmi jurnal siyahısındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.