ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin qəbul planında boş qalan yerlərə ixtisas seçimi aparılır

Bakı, 8 sentyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) 2021-2022-ci tədris ili üzrə qəbul planında I ixtisas qrupu üzrə 7 yer boş qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.

BANM-də (müsabiqə rus bölməsi ilə birgə aparılır, qeyd olunan ixtisaslar üzrə kadr hazırlığı Böyük Britaniyanın Heriot-Vatt Universitetinin ikili diplom proqramı əsasında aparılır) kimya mühəndisliyi, neft-qaz mühəndisliyi (tədris ingilis dilində) ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.