ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin tələbələri “Star” və “Petkim”də işləyəcək

Bakı, 14 may, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi SOCAR-Türkiyədə işləyəcək. BANM-in rektoru Elmar Qasımov bildirib ki, “Star” və “Petkim”də hələlik 6 yer nəzərdə tutulub.

BANM-dən AZƏRTAC-a bildirilib ki, SOCAR-Türkiyənin apardığı seçim prosesi nəticəsində ali məktəbin kimya mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarında təhsil alan altı tələbə seçilib, onlar “Star” neft emalı zavodunda və “Petkim” neft-kimya kompleksində işləyəcəklər.

Rektor bildirib ki, ali məktəbin əsas strategiyası şirkətlərə istehsalat təcrübəsi, praktik vərdişləri olan kadrlar yetişdirməkdir. Tələbələrin məzun olmamış iş təklifi alması ali məktəbin “Biz iş axtarmırıq, iş bizi axtarır” şüarını təsdiqləyir. İndiyə kimi BANM-in 30-a yaxın məzunu “Star” və “Petkim” zavodlarında çalışır.

“Star” və “Petkim” SOCAR-ın Türkiyədə fəaliyyət göstərən və böyük investisiya edilmiş neft-kimya zavodlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.