ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin yeddi tələbəsi “Azərikimya”da işə başlayıb

Bakı, 21 iyun, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) tələbə və məzunları “Azərikimya” İstehsalat Birliyində işə başlayıblar.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, Kimya mühəndisliyi ixtisasının məzunları İkram Rəhimli, Anar Həsənov, Fuad Səfərov, eləcə də eyni ixtisasın V kurs tələbələri Arzu Bayramova, Elnur Rəsulov, Mahmud Əhmədov və Məhəmməd Usubov işə qəbul zamanı imtahan və müsahibə mərhələsini uğurla keçiblər.

İşə qəbul olmaları münasibətilə məzunlarla onlayn görüş keçirən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov onları təbrik edərək, karyeralarında ilk addımı atan gənc mühəndislərə fəaliyyətlərində uğurlar arzulayıb və öz tövsiyələrini verib.

Rektor onların qısa zamanda yüksəkixtisaslı kadr kimi çalışdıqları müəssisənin inkişafına töhfə verəcəklərinə inandığını bildirib.

Məzunlar işlərinə məsuliyyətlə yanaşacaqlarını, bilik və təcrübələrini müəssisənin inkişafı üçün sərf edəcəklərini söyləyiblər. Onlar yaradılan şərait və dəstək üçün “Azərikimya” İstehsalat Birliyin rəhbərliyinə də təşəkkürlərini bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.