ELM VƏ TƏHSİL


Bakı Avropa Liseyinin builki məzunlarının hamısı tələbə adını qazanıb 

Bakı, 20 avqust, AZƏRTAC

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Bakı Avropa Liseyini bu il 77 şagird bitirib. Onların hamısı Azərbaycanın və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunublar.

Liseydən AZƏRTAC-a bildirilib ki, 2017-2018-ci tədris ilində liseyi bitirən şagirdlərdən üçü qızıl, biri gümüş medala layiq görülüb.

Məzunlardan 15-i ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı bal toplayıb. Xarici ölkələrin universitetlərinə qəbul olunan məzunlar Türkiyə, Kanada, Almaniya, Macarıstan və digər ölkələrdə təhsil alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.