İQTİSADİYYAT


Bakı Avtovağzalında yeni pilot layihə həyata keçirilir

Bakı, 4 dekabr, Elvin Camalov, AZƏRTAC

Bakı Beynəlxalq Avtovağzal Kompleksində yeni pilot layihə həyata keçirilir.

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova "Bakutel-2018" sərgisində AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.

O bildirib ki, Bakı Avtovağzalı Nəqliyyatı Mübadilə Mərkəzi inşa edilir və yaxın zamanlarda istifadəyə veriləcək. Mərkəzin yaradılmasında əsas məqsəd sərnişinlərin və sürücülərin təhlükəsizliyini təmin etmək, keyfiyyət göstəricisini daha da artırmaqdır. Bununla əlaqədar olaraq CISCO və Almaniyanın SAP şirkəti ilə pilot layihələrə başlanılıb.

P.Məmmədova qeyd edib ki, CISCO şirkəti ilə həyata keçirilən pilot layihə əsasən təhlükəsizlik və yüksək xidmətin göstərilməsi üçündür. Almaniyanın SAP şirkəti ilə həyata keçirilən pilot layihəyə əsasən isə sürücülərə xüsusi jiletlər veriləcək. Sürücü sükan arxasında yuxuya gedərsə və ya hansısa bu tip qəza vəziyyəti yaradacaq hallar baş verərsə jilet siqnal verərək həm sürücünü oyadır, həm də mərkəzdən nəzarət edən dispetçerə məlumat ötürür. Pilot layihə özünü doğruldarsa bütün sürücülərə bu jiletlər təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.