İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 17 noyabr (AZƏRTAC). Birjanın elektron hərraclar sistemində (BEHS) sentyabrın 28-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7839 AZN-ə bərabər idi.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD\AZN məzənnəsi 1 dollar üçün 0,7841 AZN-ə bərabər olmuşdur.
USD/AZN aləti üzrə 3 999 665 AZN məbləğində əqd qeydə alınmışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7839 AZN olmuşdur.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqd qeydə alınmamışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 0,7839 AZN-ə bərabər olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 5 101 000 dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 3 999 665 AZN təşkil etmişdir.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqd qeydə alınmamışdır. AUR/AZN aləti üzrə əqd bağlanmamışdır. EUR/USD və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
AUR/USD_TOD, AUR/USD_TOM alətləri üzrə sifariş verilməmişdir. Bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 13,88 faiz, ABŞ dolları üzrə isə 14,63 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar arasında əqd bağlanmamışdır.