CƏMİYYƏT


Bakı Baş Səhiyyə Mərkəzində 2022-ci ilin 6 aylıq yekun hesabatına həsr olunmuş iclas keçirilib

Bakı, 6 avqust, AZƏRTAC

Bakı Baş Səhiyyə Mərkəzində tibb müəssisələrinin 2022-ci ilin 6 aylıq yekun hesabatına həsr olunmuş iclas keçirilib.

AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, iclasda Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, direktor müavinləri, şöbə müdirləri, tabeli tibb müəssisələrinin rəhbərləri iştirak edib.

İclasda Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi statistika və analitika şöbəsinin, Maliyyə Departamentinin, Monitorinq və nəzarət departamentinin, Əlillik məsələlərinə nəzarət şöbəsinin əməkdaşlarının məruzələri dinlənilib.

Eyni zamanda, 13 nömrəli Şəhər Poliklinikasının, 8 nömrəli Uşaq Poliklinikasının, Xocasən Sağlamlıq Mərkəzinin rəhbər şəxsləri sözügedən tibb müəssisələrinin 6 aylıq yekun hesabatı barədə çıxışlar edib, görülən işlər barədə məlumat verib.

Sonda Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov tibb müəssisələrinin cari problemləri, mövcud çatışmazlıqlar və problemlərin həlli yolları barədə çıxış edib, əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi, göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib. Belə ki, tibbi xidmətin təşkilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) qərarlarına, hüquqi-normativ sənədlərin icrasına ciddi riayət olunmasının, əhalinin maarifləndirilməsi istiqamətində tibbi fəaliyyət göstərilməsinin, etik davranış qaydalarına əməl edilməsinin təmin olunmasının, nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

E.Əmirov çıxışında Bakı Baş Səhiyyə Mərkəzinin gələcək planları haqqında da məlumat verib. Yaxın dövr ərzində mərkəzin bütün müəssisələrini əlaqələndirən “Çağrı Mərkəzi”nin yaradılacağı, təmirə ehtiyacı olan bir sıra tibb müəssisələrinin təmiri, kompüterlərlə təmin olunması, tibb müəssisələrinə giriş-çıxış qeydiyyatının elektronlaşdırılması, tibb işçilərinin təminatının, müəssisələrin təchizatının yaxşılaşdırılması üçün işlər görüləcəyi vurğulanıb.

Ən çox şikayət daxil olan müəssisələrin rəhbərlərinə öz işlərində dönüş yaratmaları üçün bir daha xəbərdarlıq edilib. Bundan sonra şikayət daxil olan müəssisə rəhbərləri ilə bağlı daha sərt inzibati cəza tədbirlərinin görüləcəyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.