CƏMİYYƏT


Bakı-Batumi neft kəmərinin bir hissəsi Gürcüstanın mədəni abidələri siyahısına daxil edilib

Tbilisi, 18 iyul, AZƏRTAC

Bakı-Batumi neft kəmərinin Gürcüstanın qədim paytaxtı Mtsxeta şəhərində yerləşən aralıq nasos stansiyası Gürcüstanın daşınmaz mədəni abidələri siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Gürcüstanın Mədəni Abidələrin Mühafizəsi üzrə Milli Agentliyinin direktoru Nikolaz Antidze müvafiq əmr imzalayıb.

Sənəddə nasos stansiyasının tarixi əhəmiyyəti xüsusi qeyd olunur və bu sahənin Gürcüstanın milli mədəni-tarixi abidələrindən biri olduğu vurğulanır.

Nasos stansiyasının uzunluğu 33 metr, eni 17,5 metr, hündürlüyü 10,30 metr, ümumi sahəsi 424 kvadrat metrdir.

Qeyd edək ki, bu kəmər XIX əsrin 70-ci illərində Bakıdan Batumiyə ağ neft daşımaq üçün tikilib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.