QAN YADDAŞI
Bakı Bələdiyyə Teatrı Xocalı faciəsinin qurbanlarını "Şanlı Vətən" tamaşası ilə anıb
Bakı, 26 fevral, AZƏRTAC
Xalq artisti Amaliya Pənahovanın yaratdığı Bakı Bələdiyyə Teatrı Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar "Şanlı Vətən!" tamaşasını nümayiş etdirib.
Teatrdan AZƏRTAC-a bildiriblər ki, soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tamaşa Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi"ndə və "Azərbaycan Sərhəd Xidmətinin Xüsusi Məktəbi"ndə nümayiş olunub.
Tamaşadan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, eləcə də Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Epik janrda qələmə alınmış əsərin müəllifi Çingiz Ələsgərli, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.02.2024 [16:41]
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
- 28.02.2024 [17:00]
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
- 28.02.2024 [02:18]